Şuşa bəyannaməsinin ruhu ətrafında müzakirələr| Hansı məsələlər danışıldı, hansı məsələlər bağlandı?

2024/06/1718273447.jpg
Oxunub: 871     20:05     13 İyun 2024    
Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyəyə işgüzar səfəri başa çatdı. Dövlət başçıları Azərbaycan ilə Türkiyə arasında qardaşlıq, dostluq və müttəfiqlik münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyini məmnunluqla vurğuladılar. Görüşdə ölkələrimiz arasında enerji, nəqliyyat, iqtisadiyyat, ticarət əlaqələrinin genişləndirilməsi, müdafiə, hərbi sənaye və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu. Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının genişləndirilməsi xüsusilə qeyd edildi, Orta Dəhlizin inkişafı ilə əlaqədar iki ölkənin birgə həyata keçirdiyi fəaliyyətin önəmi vurğulandı.

Həmçinin Türk Dövlətləri Təşkilatının və qardaş ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi və Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşünün əhəmiyyəti bir daha qeyd olundu. Prezident Rəcəb Tayyib Ərdoğan Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə iştirak edəcəyini bildirdi və COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırdı. Dövlətimizin başçısı Türkiyə Prezidentini COP29-a bir daha dəvət etdi. Prezident Rəcəb Tayyib Ərdoğan dəvəti məmnunluqla qəbul etdi. Görüşdə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Təbii ki, Ərdoğanın Şuşadakı qeyri-rəsmi Zirvə görüşündə iştirakı fikri elə yerindəcə, yaranmayıb. Bu fikir hələ cari ilin fevral ayında Ankarada Ərdoğan-İlham Əliyev görüşü zamanı birinci tərəfindən səsləndirilib. O qeyd edib ki, bu hadisədən məmnuniyyət hissi duyur və Türkiyə Şuşa bəyannaməsinin ruhuna əsasən Azərbaycanla yoluna davam edəcək. Faktiki olaraq, sözügedən fikir yenidən bəyan edildi və bu, Rusiyanın Xankəndidə baş konsulluq açmaq məsələsini həll etməyə çalışdığı bir şəraitdə səsləndirilir.

Ərdoğanın İlham Əliyevlə Bakı-Tbilisi-Qars dəmir yolunun imkanlarının artırılması məsələsini müzakirə etməsi çox vacibdir. Avropa İttifaqı Mərkəzi Asiya ilə yeni kommunikasiyaların təkmilləşdirilməsi, modernləşdirilməsi və yaradılması üzrə böyük layihənin həyata keçirilməsinə on milyard avro ayırmağa hazırlaşır. Digər tərəfdən, Azərbaycan Rusiya üçün Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizini təmin edir.

Ərdoğan-İlham Əliyev danışıqlarına paralel olaraq Azərbaycanın Baş naziri Əli Əsədov Rusiya hökumətinin sədri Mixail Mişustin arasında telefon danışığı olub. Hökumət başçıları ticarət-iqtisadi əməkdaşlığın cari məsələlərini müzakirə ediblər. Qarşılıqlı maraq doğuran müxtəlif istiqamətlərdə iri birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

Ötən gün Prezident İlham Əliyev bu mövzunu İran Prezidenti vəzifəsini icra edən, Birinci vitse-prezident Məhəmməd Moxberlə müzakirə edib. Bütün bunlardan sonra Türkiyə Prezidenti ilə görüş keçirildi və hər şeyə nöqtə qoyuldu. Mərkəzi Asiyada da ciddi inkişaflar baş verir. Özbəkistan sanki Avrasiya İqtisadi Birliyinə (AİB) qoşulmağa başlayıb. Şuşada TDT-nin qeyri-rəsmi Zirvə görüşünü keçirmək Rusiya və İrana regionda prinsipcə edəcəkləri bir şey olmadığını, Türkiyənin Azərbaycanı heç vaxt tək qoymayacağını aydın şəkildə başa salmaq deməkdir.

Görünür, Ərdoğan bu qərarla Rusiyanın Xankəndidə baş konsulluğu məsələsini bağlayır. Ötən gün TRT televiziyası bildirib ki, Ərdoğan-İlham Əliyev danışıqlarının əsas mövzusu Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanmasıdır. Bundan əvvəl Türkiyənin xarici işlər naziri Hakan Fidan və ABŞ dövlət katibi Entoni Blinken Praqada Ermənistan-Azərbaycan nizamlanması məsələsini müzakirə ediblər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Azərbaycan   Şuşa  


Bizi "telegram"da izləyin